EN

Güclü yağış daşqınlara səbəb oldu: xeyli sayda ölən var

Niger Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamada ölkədəki əlverişsiz hava şəraitinə diqqət çəkilib.

News24.az xəbər verir ki, 273 nəfərin öldüyü, təxminən 95 min ailənin daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığı paylaşılıb.

Açıqlamada təsərrüfat heyvanlarının da tələf olduğu, məktəblərə, səhiyyə ocaqlarına və mağazalara ziyan dəydiyi bildirilib.

Ölkənin cənub-qərbindəki Tahoua və Maradi bölgələri daşqınlardan ən çox zərər çəkmiş ərazilər olub.

Qeyd edək ki, Niger, Mali, Efiopiya və Nigeriya kimi Afrika ölkələrində leysan yağışların səbəb olduğu daşqınlarda yüzlərlə insan həyatını itirib, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Məryəm İlhamqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
2
news24.az

3Sources