EN

Rusiya Ukraynaya qarşı hava hücumlarını davam etdirir

Rusiya gecə boyu Ukraynaya qarşı hava hücumlarını davam etdirib.

"Cebheinfo.az" xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiyanın 44 pilotsuz uçuş aparatından (PUA) 27-sinin vurulduğu, Rusiyanın da ölkə ərazisinə iki raket atdığı bildirilib.

Xarkov qubernatorluğundan verilən açıqlamada raket hücumu nəticəsində Lyubotin qəsəbəsindəki binaların zərər gördüyü, 3 nəfərin isə yaralandığı bildirilib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak hava qüvvələrinin bölgədə 5 PUA və 1 raketi zərərsizləşdirdiyini açıqlayıb. Lısak hücumlarda 2 nəfərin yaralandığını, 12 evin, elektrik və qaz borularının zədələndiyini bildirib.

Lvov vilayət hökumətindən verilən açıqlamada zərərsizləşdirilən pilotsuz uçuş aparatının hissələrinin sənaye sahəsinə düşməsi nəticəsində 4 pikapın alovlandığı qeyd edib. 

Bildirilib ki, yanğına 32 yanğınsöndürəndən ibarət qrup müdaxilə edib və hücum zamanı xəsarət alan olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
2
cebheinfo.az

2Sources