Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasında 900-cü qolunu vurub.İdmançı dünyada bu qədər qol vuran ilk peşəkar futbolçu olub.Elchi.az xəbər verir ki, Ronaldo Xorvatiya ilə Millətlər Liqası matçında qol vuraraq rekord həddə çatıb.Görüşdə Portuqaliya 2:1 hesabı ilə qalib gəlib.Nailiyyəti şərh edən forvard futbol tarixini yenidən yazdığını vurğulayıb.Ronaldo X sosial şəbəkəsində “Mən bunu xəyal edirdim və daha çox arzularım var” yazıb.Kriştiano Ronaldonun 39 yaşı var, futbolçu – rəsmi oyunlarda futbol tarixinin ən yaxşı bombardiri, 5 dəfə “Qızıl top” mükafatının qalibi.Məmmədova Nuranə