EN

Rusiya Pavloqradı "İsgəndər"lə vurdu - 50 nəfər öldü

Sentyabrın 6-da Rusiyanın hücumundan sonra Pavloqradda artıq 50 itki var. Onlardan ən kiçiyinin 4 yaşı var.

Redaktor.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Dnepropetrovsk Hərbi Hava Qüvvələrinin rəhbəri Sergey Lısakın teleqram kanalına istinadən məlumat yayıb.

"Artıq əlli qurban var", - deyə Lısak yazıb.

Onun sözlərinə görə, ən yaşlısının 86, ən kiçiyinin 4 yaşı var.

“Hər kəsə lazımi köməklik göstərilir, yerli evlərə ziyan dəyib”, - deyə o, əlavə edib.

Xatırladaq ki, sentyabrın 6-da saat 10.00 radələrində rus işğalçıları Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin mülki infrastrukturuna raket zərbələri endirib.

“Voronej və Rostov vilayətlərindən 5 ədəd “İskəndər-M/KN-23” ballistik raketi istifadə edilib. Təəssüf ki, itkilər var". - Hərbi Hava Qüvvələri bildirib.

 Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
redaktor.az

1Sources