EN

Sürücülərin DİQQƏTİNƏ - Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Sfera.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə bununla bağlı sürücülərə müraciət edib:

 

“Dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun həmin hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edirik”, - qurum rəsmisi bildirib.

 

Günay

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
33
sfera.az

10Sources