ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prioru ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı Azərbaycan hökumətilə danışıqlar aparmaq üçün Bakıya gəlib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi öz Tvitter hesabında yazıb.