EN

Türkiyədə azərbaycanlı sürücünün maşını yandı - 99-TG-797- VİDEO

Türkiyədə azərbaycanlı sürücünün avtomobili yanıb.

Avtosfer.az xəbər verir ki, hadisə İstanbul şəhərinin Esenyurt yolunda, Mövlana məhəlləsi ərazisində baş verib. Azərbaycan əsilli sürücüyə məxsus 99-TG-797 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin mühərrikində yanğın baş verib. Sürücü dərhal avtomobildən enərək uzaqlaşıb. Magistral yoldan keçən sürücülərdən biri hadisəni çəkərək sosial şəbəkələrdə paylaşıb.

Yanğın yolda tıxaca səbə olub. Hadisə yerinə polis və yanğın söndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra avtomobil ərazidən götürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Araşdırılma aparılır.

Könül Rauf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
avtosfer.az

1Sources