EN

Qərb Rusiyanın bu addımı ilə bağlı həyəcan təbili çaldı

"Rusiya ordusunun döyüş təmas xəttindəki uğurları Ukraynanın müdafiəsinin tədricən dağılmasına gətirib çıxarır".

Olaylar xəbər verir ki, bunu Norveçli professor Qlenn Dizen "Substack" platforması üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna münaqişəsinin son mərhələsi gedir. Bu, Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin tədricən dağılması ilə əlaqədar başlayıb.

"Ukrayna rejimi logistik problemlər yaşayır. Digər şeylər arasında sursat və silah çatışmazlığı var ki, bu da ukraynalı döyüşçülərin effektiv fəaliyyət göstərməsinə mane olur.", - Dizen qeyd edib.

O, vurğulayı ki, münaqişədə qalib gələn Rusiya, əksinə, təzyiqlərini artırır, Ukraynanı vəziyyəti daha da pisləşdirən müxtəlif tələsik qərarlar qəbul etməyə məcbur edir. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
3
olaylar.az

3Sources