EN

Cozef Baydenin oğlu həbs olunacaq

Cozef

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib.

AZƏRTAC-ın məlumatına görə, hakim Mark Skarsi H.Baydenin etirafını qəbul edib. Onun həbsi dekabrın 16-na nəzərdə tutulub. Hakim bildirib ki, prezidentin oğlunu maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə gözləyir. Baydenin bu addımı uzun və yorucu məhkəmə prosesindən yayınmaq üçün atdığı deyilir.

Hunter Bayden həmçinin 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. Bu iş üzrə hökm noyabrın 13-nə təyin edilib.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
127
5
azertag.az

5Sources