EN

Məhkəmə Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub

Məhkəmə “Telegram”ın həmtəsisçisi Pavel Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub.

APA xəbər verir ki, bu barədə RİA Novosti “Paris Match”a istinadən məlumat yayıb.

Məlumatda o da qeyd olunur ki, Durov hazırda Parisdə məhkəmənin verdiyi müddət ərzində qala biləcəyi kirayə ev axtarır.

Qeyd edək ki, Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. O, dörd gün həbsdə qalıb və məhkəməyə gəlib. İş adamı 12 maddə üzrə cinayətlərdə iştirakda şübhəli bilinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
5
apa.az

7Sources