EN

Azərbaycan millisi İsveçə məğlub oldu

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının yeni mövsümündə ilk sınağına çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız doğma meydanda İsveçlə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib.

Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız yeni mövsümə uğurlu start verməyə çalışsa da, bu istəyinə çata bilməyib. Dörd qolun vurulduğu oyunda qonaqlar inamlı qələbəyə seviniblər.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

5 sentyabr

Azərbaycan – İsveç 1:3

Qollar: Aleksander İsak, 65; 71. Viktor Qyokereş, 80-pen – Renat Dadaşov, 82.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
iqtisadiyyat.az

1Sources