EN

MSK-nın növbəti iclası: 10 seçki dairəsi ilə bağlı ŞİKAYƏT

Sentyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərlə əlaqədar növbəti iclası keçirilir.

Turkustan.az xəbər verir ki, iclasın gündəliyinə MSK-nın avqustun 29-da keçirilmiş iclasının protokolunun təsdiqlənməsi, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması və cari məsələlər daxil edilib.

Bildirilib ki, seçkilərlə bağlı quruma 12 müraciət daxil olub. Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər.

Qeyd edilib ki, 120 saylı Cəbrayıl-Qubadlı, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət), 73 saylı Masallı-Cəlilabad, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 10 saylı Binəqədi üçüncü, 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 78 saylı Lənkəran kənd, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət) daxil olan müraciətlər müvafiq dairə seçki komissiyalarına göndərilir.

Müvafiq olaraq, 94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri göndərilib.

Qərarlar səsverməyə qoyularaq qəbul olunub./modern.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
3
turkustan.az

10Sources