EN

Azərbaycan klubu Çempionlar Liqasına qələbə ilə BAŞLADI

Azərbaycanın minifutbol komandası “AzNur” Polşanın paytaxtı Varşavada start götürən Çempionlar Liqasına qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, Fransa təmsilçisi “Les Piopio” ilə üz-üzə gələn təmsilçimiz 2:1 hesabı ilə qalib gəlib.

Digər təmsilçimiz “Birbaşa Bakı” isə İspaniyanın “Malaqa” kollektivini sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlayacaq. Qrup mərhələsinin digər oyunları sentyabrın 6-da gerçəkləşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
5
bizim.media

10Sources