EN

Dünyanın ən böyük spirtli içki idxalçıları və ixracatçıları - ARAŞDIRMA

Dünyanın ən böyük spirtli içki idxalçıları və ixracatçıları - ARAŞDIRMA




Ötən il üzrə dünyanın ən böyük spirtli içki ixracatçılarının siyahısı açıqlanıb.İqtisadiyyat.az-ın araşdırmasına görə, Böyük Britaniya ötən il dünyanın ən böyük spirtli içki ixracatçısı olub.Britaniya həmin il 8,5 milyard dollar dəyərində spirtli içkilər ixrac edib. Fransa 5,37 milyard dollarlıq ixracatla növbəti ən böyük ixracatçı olub.2023-cü ildə dünyanın ən böyük spirtli içki ixracatçıları isə bunlardır:ÖlkələrİxracBöyük Britaniya8,5 milyard dollarFransa5,3 milyard dollarMeksika4,3 milyard dollarABŞ2,5 milyard dollarSinqapur2,5 milyard dollarİtaliya1,8 milyard dollarAlmaniya1,6 milyard dollarİrlandiya1,4 milyard dollarNiderland1,3 milyard dollarÇin1,2 milyard dollar Araşdırmalara görə, Amerika Birləşmiş Ştatlar ötən il dünyanın ən böyük spirtli içki idxalçısı olub. ABŞ həmin il 11,3 milyard dollarlıq spirtli içki idxal edib. Çin təxminən 2,82 milyard dollar dəyərində idxalla növbəti ən böyük idxalçı olub:ÖlkəİdxalABŞ11,3 milyard dollarÇin2,8 milyard dollarSinqapur2,1 milyard dollarAlmaniya1,7 milyard dollarFransa1,5 milyard dollarBöyük Britaniya1,2 milyard dollarNiderland1,2 milyard dollarİspaniya1,1 milyard dollarKanada1 milyard dollarİtaliya1 milyard dollarQeyd edək ki, 2027-ci ilə qədər qlobal alkoqollu içki bazarının həcminin təxminən iki trilyon ABŞ dollarına çatacağı gözlənilir. Spirtli içkilər bazarı ümumi bazarın təxminən üçdə birini təşkil edəcək.Əlavə edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 56,5 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə idxal olunub. 




Xəbərin oxunma sayı :
46

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
2
azfakt.com

3Sources