EN

Elnur Rzayev şəhid ailəsini ziyarət etdi,sakinlərlə görüşlər keçirdi-Fotolar

Elnur Rzayev Manafoba kəndində şəhid ailəsini ziyarət edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbələri Manafoba kəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Ağcabəyov Tural Təbriz oğlunun ailəsini ziyarət edib.
Elnur Rzayev şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
***
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər işlə təmin olunma, sosial yardım, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və digər sahələri əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.
****
Manafoba kəndində səyyar qəbul keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Manafoba kəndində səyyar qəbul keçirib.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri şəhid Kazım Gəncəliyevin büstünü ziyarət edib.
Qəbulda Çinartala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Manafoba, Palçıqoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin müraciəti dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məslələrin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatın yaxşılaşdırılması və yeni məktəb binasının inşası ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
xalq.az

1Sources