Fransa Silahlı Qüvvələrinin paraşüt bölüyünün keçmiş zabiti Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunun planlaşdırılmasında iştirak edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Xarkov vilayətinin hərbi-mülki administrasiyasının müdafiə və təhlükəsizlik üzrə müavini Yevgeni Lisnyak deyib.
“Fransa quru qoşunlarının taktiki birləşməsinin 8-ci paraşüt bölüyünün keçmiş mayoru, hazırda Xarici Legionun üzvü olan və Xarkov vilayətində hərbi cinayətlərin törədilməsində iştirak edən Korte Frank Mişel Mikael planlaşdırmada iştirak edib”- deyə Lisnyak bildirib.
Məlumata görə, daha üç Fransa vətəndaşı Kursk vilayətində Rusiya sərhədi yaxınlığında reydlərdə iştirak etməkdə və Xarkov vilayətində hərbi cinayətlər törətməkdə şübhəli bilinir.