Ukrayna parlamenti işdən çıxarılan Dmitri Kulebanın yerinə diplomat Andrey Sibiqanın Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsini dəstəkləyib.Bu barədə sentyabrın 5-də Ali Radanın deputatı Aleksey Qonçarenko yazıb."Rada Andrey Sibiqanın Ukraynanın Xarici İşlər Naziri vəzifəsinə təyin edilməsini dəstəklədi", - deputat öz Teleqram kanalında bildirib.O qeyd edib ki, diplomatın namizədliyini 258 deputat dəstəkləyib.