EN

Məşhur futbolçu Avstraliya klubunda

“Qalatasaray”ın sabiq futbolçusu Xuan Mata özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, İspaniya millisinin keçmiş üzvü Avstraliyaya köçüb. 36 yaşlı yarımmüdafiəçi "Uestern Sidney Uonderers" klubunda oynayacaq. Qeyd edək ki, Mata karyerası ərzində "Valensiya", "Çelsi" və "Mançester Yunayted" klublarında da oynayıb. O, İspaniya millisinin heyətində Avropa və dünya çempionu adını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
matc.az

1Sources