EN

“Qərb rus mədəniyyətini ləğv edə bilməyəcək” - Zaxarova

“Qərb rus mədəniyyətini və dünya xalqlarının kimliyini ləğv edə bilməyəcək”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“NATO mərkəzli Qərb ölkələrinin dağıdıcı təsiri başqa dövlətlərin daxili işlərinə qarışaraq təkcə iqtisadiyyata, siyasətə deyil, konkret olaraq mədəniyyətə və kimliyə təsir edir. Qərb hər bir xalqın mahiyyətini ləğv etməyə və yenidən yazmağa çalışır”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Qərbin mədəniyyəti ləğv etmək cəhdləri uğursuzluğa düçar oldu.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
missiya.az

1Sources