EN

Branimir Subaşiç: "Azərbaycan millisində perspektivli oyunçular çoxdur" - Müsahibə

Azərbaycan milli komandasının sabiq forvardı Branimir Subaşiç apasport.az saytına müsahibə verib.

- Bu gün Azərbaycan millisi İsveçlə qarşılaşacaq. Necə düşünürsən, millimiz hazırkı heyətlə İsveçlə görüşdə hansı nəticəni qazana bilər?

- Azərbaycan millisinə uğurlar arzulayıram. Fernandu Santuşun ilk oyunudur. Onlara uğurlar arzulayıram. Bəli, heyətə baxdım. Hamısı tanıdığımız futbolçulardır. Hər halda, seçimi baş məşqçi edir. İnanmıram ki, kimsə kənarda qalsın. Əsas olan odur ki, futbolçular meydana çıxanda milli adına ən yaxşısını etsinlər. 

- Azərbaycan millisinin heyətilə də yəqin ki, tanışsız. Hansısa fərqli ad gözləyirdiz?

- Məncə, lazım olan hamı milliyə dəvət edilib. Çünki bəlli futbolçular var ki, onlar daim milliyə dəvət edilir. Çox istəyərdim ki, ölkə xaricində çoxlu oyunçular oynasın və millidə legioner həyatı yaşayanlar çox olsun. Bu yığma komandaya də təsir edir. Azərbaycan millisində perspektivli oyunçular çoxdur.  

- Fernandu Santuşun Azərbaycan millisində ilk oyunu olacaq. Sizcə, o, oyun fəlsəfəsini futbolçulara aşılaya biləcək?

- Fernandu Santuş tanınmış və təcrübəli mütəxəssisdir. Doğrudur, futbolçularla yaxın tanış olması üçün zaman azdır. Amma istənilən halda, məncə, o, həm rəqibi analiz edib, həm də komandası üçün oyun fəlsəfəsini futbolçulara təqdim edib. Təbii ki, zamanla hər şeyin daha da yaxşı olması üçün şərait var. Fikrimcə, zamanla bu da düzələ bilər. Fernandu Santuş Azərbaycan millisi üçün öz oyun stilini oturda biləcək.

- İsveçlə görüşdə Azərbaycan millisinin hansı nəticəyə imza atacağnı ehtimal edirsiniz? Qələbə mümkündür?

- İsveç millisi olduqca güclü komandadır. Onların heyətində güclü futbolçular çıxış edir. Doğrudur, Azərbaycan millisi evdə İsveçə 3:0 qalib gəlib. Bu nəticəni təkrarlamaq da mümkündür. Amma necə olacağını zaman və oyunun gedişatı göstərəcək. Azərbaycan millisində də çox yaxşı futbolçular çıxış edir. Sadəcə olaraq, gərək şans da komandamızın yanında olsun. 

- Ümumiyyətlə, portuqaliyalı mütəxəssisin Azərbaycan millisinə hansısa xeyri verəcəyini ehtimal edirsən? Bu təyinata pozitiv yanaşırsan?

- Santuşu hamımız tanıyırıq. Portuqaliya millisində Avropa çempionu olub. Təbii ki, tanınmış məşqçidir. Yaxşı, böyük, futbolçularla çalışıb. Elə Kriştiano Ronaldo kimi oyunçu ilə işləyib. Hər halda, millidə də işləmək təcrübəsi böyükdür. Məncə, zamanla Azərbaycan millisində də uğurlu nəticələr qazana bilər. Sadəcə zaman azlığı var. Ona görə sadəcə gözləmək lazımdır.

Slovakiya – Azərbaycan oyunu polşalı hakimə tapşırılıb

“Qəbələ”dən növbəti transfer

"Zirə"nin kapitanı İsveçlə oyun heyətindən kənarda qalıb

Aleksey Kaşuk: "Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir"

Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
apasport.az

1Sources