EN

Ukrayna: Rusiya ordusu tərəfindən buraxılan 78 PUA-dan 60-ı məhv edilib

Ukraynaya atılan 60 PUA məhv edilib.
 
AZXEBER.COM xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalında edilən yazılı açıqlamada Rusiyanın gecə və səhər saatlarında hava hücumları təşkil etdiyi bildirilib.

Açıqlamada Rusiya ordusunun 78 \"Şahed” tipli PUA-nı havaya buraxdığı, 60 PUA-nın isə Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Açıqlamada PUA-lardan ikisinin Rusiyaya qayıtdığı, birinin Belarus istiqamətində uçuşunu davam etdirdiyi, 15-nin isə Ukrayna ərazisində itdiyi bildirilərək, \"Dağırış və ya can itkisi ilə bağlı məlumat daxil olmayıb”.

Açıqlamada rusların hücumda \"İskəndər-M” tipli ballistik raketlərdən də istifadə etdiyi bildirilib.
 
Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
2
azxeber.com

3Sources