EN

Hüseyn Məhəmmədov: "O, digər qapıçılarla müqayisədə bir addım öndədi"

"Son illərdə Şahruddin Məhəmmədəliyevi "çərçivə"də görməyə alışmışıq. Seyvləri, səhvləri olə o, ölkənin əsas komandasının "1 nömrə"sidi. Odur ki, Şahın yeri görünəcək. Unutmayaq ki, qapıda təcrübəli "əlcək sahib"i dayananda meydan oyunçuları daha rahat oynayır, arxayın olur". Bu sözləri Sport24.az-a açıqlamasında Hüseyn Məhəmmədov deyib.
 
Təcrübəli qapıçı məşqçisi Şahruddinin yoxluğunda Fernandu Santuşun start heyətində kimə güvənməli olduğunu da vurğulayıb: "Məhəmmədəliyevin yoxluğunda milliyə dəvət alan qapıçıların hər biri klubunda əsas heyət üzvüdü. Buna baxmayaraq, hər 3 qolkiperin yığma təcrübəsi yetərincə deyil. Düzdü, Mehdi Cənnətov digər gənc həmkarıyla müqayisədə millinin toplanışlarında çox olub, beynəlxalq oyunlarda az da olsa, həyəcan yaşayıb. O, digər qapıçılarla müqayisədə bir addım öndədi. Ancaq yenə də İsveçə qarşı oyunda qapıda kimi dayanacağını əminliklə söyləmək qeyri-mümkündü. Qapıda kimin dayanmasından asılı olmayaraq, yığmaya bu gün keçiriləcək matçda uğurlar arzulayıram".
 
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - İsveç oyununun start fiti saat 20:00-da səslənəcək.ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
sport24.az

1Sources