EN

Rusiya səfirindən ŞOK AÇIQLAMA: AB-nin Ermənistandakı missiyası kəşfiyyat məlumatları toplayır

Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən Aİ missiyası monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatları toplayır.

Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin yerli mətbuata danışıb.

“2022-ci ilin sentyabrında İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılıq versəydi, Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxunu azalda bilərdi. Söhbət ciddi təşəbbüslərdən, o cümlədən hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsindən, sərhəd qoşunlarının hazırlanmasında köməklikdən gedirdi.

Təəssüf ki, Ermənistan rəhbərliyi dövlətin sərhədlərini heç də qorumayan, lakin “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayan Aİ missiyasını dəvət etməyi üstün tutdu”, – deyə rusiyalı diplomat bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazın taleyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
3
editor.az

3Sources