EN

İqor Ponomaryov: Azərbaycan – İsveç oyununda şanslar bərabərdir

İqor

Bakı, 5 sentyabr, AZƏRTAC

“Ümid edirəm ki, ötən il Avropa çempionatının seçmə mərhələsində Bakıda İsveçi məğlub etdiyimiz nəticə yenidən təkrarlanacaq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu İqor Ponomaryov Azərbaycan yığmasının UEFA Millətlər Liqasının C Divizionunda Bakıda İsveç komandasına qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

Vaxtilə futbolçu və məşqçi kimi İsveçdə çalışmış mütəxəssis şansların əlli-əlliyə olduğunu bildirib: “Azərbaycan millisi üçün yeni eranın başlanğıcıdır. Çünki komandanın Fernandu Santuş kimi yeni baş məşqçisi və oyunçuları var. Həqiqətən də maraqlı mübarizə bizi gözləyir. Portuqaliyalı mütəxəssis dünya futboluna öz adını yazdırıb. Onun uğur qazanmasını çox istəyirəm. Ümid edirəm ki, onun ideaları ölkə futbolunda reallaşacaq”.

O, bugünkü oyunda İsveç millisinin fərqli oyun üslubunda mübarizə aparacağını söyləyib: “Yeni baş məşqçi Yon Dal Tomasson fərqi taktikalara sahib mütəxəssisdir. İndiki İsveç millisi əks-hücumlara daha çox üstünlük verir. İnanıram ki, F. Santuş və futbolçular Azərbaycan xalqını sevindirəcəklər”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Azərbaycan – İsveç oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
46
azertag.az

10Sources