EN

Fernandu Santuş "Zirə"nin futbolçusunun xidmətinə ehtiyac duymadı

Millətlər Liqasının I turunda bu gün İsveçlə qarşılaşacaq millinin heyətində "23-lüy"dən kənarda qalan 1 futbolçunun adı bəlli olub. Sport24.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş "Zirə"dən Qismət Alıyevin xidmətinə ehtiyac duymayıb.
 
32 yaşlı oyunçu sözügedən qarşılaşmanı tribunadan izləməli olacaq.
 
Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
sport24.az

1Sources