Bakı, 5 sentyabr, AZƏRTAC
İtaliyanın Liqnano Sabbiadoro şəhərində keçiriləcək “TeamGym” üzrə beynəlxalq yarışda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyev medallar uğrunda mübarizə aparacaqlar.
Yarışda ölkəmizi hakimlər arasında Akif Kərimli təmsil edəcək.
Beynəlxalq turnir sentyabr 6-8-də təşkil olunacaq.
- Azərbaycan
- Bakı
- Turnir
- Yarış
- Təmsil
- Italiya
- Azərbaycan Gimnastika Federasiyası
- Gimnastika
- Gimnastlar
- Elnur Məmmədov
- Teamgym
- Medallar
- Rəsul Əhmədzadə
- Tofiq Əliyev
- Adil Hacızadə
- Beynəlxalq Yarış
- İtaliya
- Liqnano Sabbiadoro
- Nihat Muradlı
- Aydın Əlizadə
- Ramin Dəmirov
- Azərbaycan Gimnastları
- Mənsum Səfərov
- Az Gimnastika Federasiyası