EN

Dəhşət: avtomobil yolda nəhəng çuxura DÜŞDÜ – FOTOLAR

Cənubi Koreyanın Seul şəhərində yaşlı bir cütlük avtomobilində qəfildən yolun ortasında görünən nəhəng çuxura düşüb.

Medianews.az xəbər verir ki, bu barədə “The Korea Herald” məlumat yayıb.  

82 yaşlı kişi və 76 yaşlı qadının olduğu avtomobil yan üstə çevrilərək yerə düşüb.

Xilasedicilər hadisə yerinə gələnə qədər onlar avtomobildən düşə bilməyib və avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə nəticəsində həm kişi, həm də qadın xəsarət alaraq xəstəxanaya aparılıb.

Qadının ürəyi dayanıb, lakin onu özünə gətirmək mümkün olub.

Asfaltın hansı səbəbdən çökməsi hələ də müəyyən edilməyib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
128
50
medianews.az

10Sources