EN

Ermənistan qonşularına qarşı işğalçılıq və başqa güclərin maşası olmaq siyasətindən əl çəkməlidir - RƏY

Ermənistan

Bakı, 5 sentyabr, AZƏRTAC

ABŞ Federal Təhqiqatlar Bürosunun yaydığı məlumata görə, Çikaqo Universitetinin 21 yaşlı erməniəsilli tələbəsi Aram Branson azərbaycanlılara qarşı cinayət törətmək məqsədilə bombalar hazırlamağa çalışıb. Partlayıcı maddələri hazırlamaqda ittiham olunan erməni tələbə A.Branson hazırda Ermənistanda gizlənir. Federal səlahiyyətlilər onu ABŞ-a qayıtmağa və hüquq-mühafizə orqanlarına izahat verməyə razı salmağa çalışsalar da, o, geri qayıtmaqdan imtina edib. Ermənistan dövləti hər zaman olduğu kimi, yenə də terrorçunu himayə edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, işğalçılığın, terrorizmin və separatçılığın dövlət siyasətinə çevrildiyi Ermənistandan və ermənilərdən belə bir hərəkətin edilməsi bizim üçün heç də gözlənilməz deyil. İki əsrə yaxındır azərbaycanlılara qarşı xüsusi amansızlıqla məhvetmə, soyqırımı siyasəti aparan qəbilə təfəkkürlü bu toplum düşmənçilik siyasətindən uzaq qala bilmir. İstər Ermənistanda, istərsə də dünyanın məşhur ali məktəbində təhsil alan Aram Branson kimi ermənilər beyinlərinə yeridilmiş xəstə, cinayətkar düşüncədədirlər. Gördüyümüz kimi, 2024-cü ildə dünyanın müasir ölkəsində yaşayan erməninin düşüncəsi ilə 1900-cu illərin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Qarabağda soyqırımılar, kütləvi qətliamlar törədən erməninin düşüncəsi arasında fərq yoxdur.

“Azərbaycanla danışıqlar aparan və regionda sabitliyin bərpa olunması üçün özünü sülh tərəfdarı kimi göstərməyə çalışan Ermənistan sürətlə silahlanır. Ölkədə separatçı, revanşist çıxışlar və planlar yenə də gündəmdədir. Ermənistan işğalçılıq planlarını yenidən həyata keçirmək üçün fürsət axtarır, xarici havadarlarının siyasəti və sifarişi ilə regionda sülhün bərqərar olunmasının qarşısını almağa çalışır. Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlı haqqında məlumat vermir, torpaqlarımıza basdırılmış milyonlarla partlayıcının dəqiq xəritələrini təqdim etmir və bununla da mina terrorunun davam etməsinə şərait yaradır.

Cənubi Qafqaza yerləşdirildikdən sonra terroru özlərinin başlıca işi halına gətirən bu qəbilə keçən əsrin əvvəllərində bizim torpaqlarda dövlət qurduqdan sonra da işğalçılıq siyasətlərini həyata keçirmək üçün separatizmi və terroru məqsədə çatma vasitəsi olaraq istifadə etdi.

Türk dünyasının birləşməsinə mane olmaq və daim təhdid etmək məqsədilə yaradılan və “böyük Ermənistan” xülyası ilə “xəstələndirilən” ermənilər 1890-cı ildə özlərinin ilk terror təşkilatı olan “Daşnaksütyun” partiyasını yaradaraq ölkəmizdə kütləvi qətliamlar törədiblər. Daha sonra 1975-ci ildə “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” – ASALA terror təşkilatını quraraq dünyanın müxtəlif yerlərində Türkiyə diplomatlarına qarşı onlarla terror hadisəsi törədərək dinc insanların ölümünə səbəb olublar. Bütün bunlar onu deməyə əsas verir ki, terror ermənilərdə məqsədə çatma vasitəsi olaraq milli və etnik kimlik, DNK məsələsidir. Yəni, bu, qəbilənin ruhunda, qanında var”, - deyə o vurğulayıb.

Politoloq əlavə edib ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə ilə biz 30 illik işğala yox, 200 illki erməni separatizminə, terroruna böyük zərbə vurduq. Ermənilər bizə qarşı düşmənçilik siyasətini erməni terror təşkilatları, erməni lobbisi, erməni kilsəsi və Ermənistan dövləti vasitəsilə həyata keçirirdi. Qələbə ilə dövlətimiz bütün bunların uzunmüddətli planlarını alt-üst edərək onların özlərinin arasında mübarizlərin yaranmasına səbəb oldu. Kiçik əraziyə və saya malik Ermənistan artıq bilməlidir ki, regionda qalmaq üçün terrordan, separatizmdən, qonşulara qarşı işğalçılıq və başqa güclərin maşası olmaq siyasətindən əl çəkməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
azertag.az

1Sources