EN

Olimpiya çempionu tıxacda döyüldü

Türkiyəli boksçu, Olimpiya, dünya və Avropa çempionu Busenaz Sürmeneliyə hücum olub.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Tranzonda qeydə alınıb. Belə ki, Giresuna doğru hərəkət edən pikapın sürücüsü Sedat Karatay Olimpiya, dünya və Avropa çempionu Busenaz Sürmenelinin idarə etdiyi avtomobili ötmək istəyib. Güclü leysan səbəbylə yolda yaranan gölməçəyə görə Sürmeneli avtomobili aşağı sürətlə idarə rfib. Bu zaman onun maşınının qarşısına çıxan pikapın sürücüsü Karatay avtomobildən enərək ona hücum edib.

Busenaz Sürmeneli sillələyən Sedat Karatay hadisə yerindən uzaqlaşıb.

İdmançının şikayəti əsasında saxlanlan Karatay həbs edilib.

Murad Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
50
bakivaxti.az

10Sources