EN

İxtisası üzrə çalışmayan müəllimlərin STATİSTİKASI – Səbəb nədir?

Hər il yüzlərlə abituriyent müəllimlik ixtisasını seçirlər. Eyni zamanda hər il dövlət və özəl ali təhsil müəssisələrində müəllimlik ixtisası üzrə qəbul plan yerləri ayrılır. Lakin universiteti bitirənlərin bir çoxu peşəsini müxtəlif səbəblərdən davam etdirə bilmirlər. Yəni hazırda müəlimlik ixtisası üzrə təhsil almasına baxmayaraq bu istiqamətdə faəliyyət göstərməyənlər çoxdur.

 

Maraqlıdır, Azərbaycanda neçə nəfər müəllimlik ixtisası üzrə işləyir? Hər il universitetə bu ixtisas üzrə nə qədər plan yerləri ayrılır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur:

 

“Son illərdə yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ən böyük pedaqoji ali təhsil müəssisəsi olan  ADPU-nu seçənlərin də sayı artıb. Bu da 5 il ərzində təxminən 27, bir il ərzində isə 2 dəfə artım deməkdir. Bölgə ali təhsil müəssisələrində də keyfiyyət artımı göz qabağındadır.

 

Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetini seçənlərin sayı son 5 ildə bir çox hallarda 10 dəfədən çox, son iki ildə isə 2 dəfəyədək artıb.Azərbaycanda müəllimlik ixtisası üzrə təhsil və işlə bağlı statistikalar zamanla dəyişə bilər, amma 2024-cü ilin vəziyyətinə uyğun danışsaq deyə bilərik ki, Elm və Təhsil Nazirliyinin məlumatlarına əsasən, Azərbaycanda təxminən 200,000-dən çox müəllim fəaliyyət göstərir. Bu rəqəm kənd və şəhər məktəbləri, dövlət və özəl məktəblərdə çalışan müəllimləri əhatə edir.

 

Hər il müxtəlif universitetlərdə müəllimlik ixtisası üzrə ayrılan plan yerlərinin sayı təhsil müəssisələrinin qəbul planlarından asılı olaraq dəyişir. 2024-cü ildə Azərbaycanda müəllimlik ixtisasları üzrə universitetlərdə ayrılan plan yerləri ümumilikdə təxminən 5,000-6,000 arasıdır. Bu, müxtəlif fənlər üzrə müəllim hazırlığı üçün olan plan yerlərini əhatə edir”.

 

Ekspert müəllimlik ixtisasını bitirmiş bəzi müəllimlərin müxtəlif səbəblərə görə öz ixtisası üzrə çalışa bilmədiyini vurğulayıb:

 

“Son illərdə müəllimlik ixtisası üzrə universitetlərə qəbul olunan tələbələrin sayı illik olaraq dəyişir, amma təxmini olaraq hər il 5,000-6,000 tələbə müəllimlik ixtisasına qəbul olunur. Bu rəqəm qəbul imtahanlarının nəticələrindən və universitetlərin plan yerlərindən asılıdır.

 

Müəllimlik ixtisasını bitirmiş bəzi müəllimlər müxtəlif səbəblərə görə öz ixtisası üzrə çalışmaya bilərlər. Bu səbəblərə iş tapmaqda çətinlik, ixtisas dəyişdirmək, yaxud digər sektorlarda iş tapmaq kimi faktorlar daxildir. Statistikalar göstərir ki, təxminən 10-15% müəllimlər öz ixtisası üzrə işləmirlər. Bu rəqəm hər il və müxtəlif bölgələrdə fərqli ola bilər.

 

Bu gün ölkəmizdə məktəb anlayışı öz sosial statusu ilə cəmiyyətin ən təhlükəsiz və ən sivil məkanı olmaqla yanaşı, həm də ən yaraşıqlı binalarda yerləşməsi ilə assosiasiya olunur. Bununla belə hər bir təhsil sisteminin gücü onun müəlliminin gücünə bərabərdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
1
azedu.az

2Sources