EN

Milli komandanın ilk sınağı

Milli komanda bu gün Millətlər Liqasında mübarizəyə start verəcək. Sport24.az  xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan yığma I turda İsveçlə üz-üzə gələcək.
 
İsveçlə qarşılama Fernandu Santuşun ölkənin əsas komandasının "sükanı arxasında" ilk oyunu kimi tarixə düşəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
 
Qeyd edək ki,  milli növbəti matçını sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.
 
 
Millətlər Liqası, C liqası, 1-ci qrup
I tur
20:00. Azərbaycan - İsveç
Hakimlər: Balazs Berke, Vencel Toth, Balazs Szert, Csaba Pinter (hamısı Macarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
sport24.az

1Sources