EN

Belarusda partlayış: Qomel sakinləri gecə səmada nə görüblər?

Belarusun Qomel şəhərinin sakinləri səmada partlayışlar olduğunu bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı yazıb.

Yerli vaxtla təxminən 01:30-da iki güclü partlayış səsi eşidilib. Bundan sonra şəhər kənarında alov topunun düşdüyü müşahidə olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur, rəsmi orqanlar insidentlə bağlı açıqlama verməyiblər.

Daha sonra internetdə hadisənin videosu yayılıb . Videoda parlayan naməlum uçan obyektin binaların arxasında yox olduğu görünür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
publika.az

1Sources