EN

İnsanları bir-birinə bağlayan qızıl zəncir...

Beynəlxalq Xeyriyyəçilik Günüdür

5 sentyabr Beynəlxalq Xeyriyyəçilik Günüdür. Bu gün 2012-ci ildə BMT Baş Məclisi tərəfindən təsis edilib. Beynəlxalq Xeyriyyəçilik Günü yalnız BMT-yə üzv olan ölkələrdə qeyd olunur.  Günün qeyd edilməsinə  Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb. Əsas məqsəd müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar arasında dialoqu, qarşılıqlı anlaşmanı, xeyirxahlığı təşviq etmək üçün platforma yaratmaq olub.

Xeyriyyəçilik  insanlara məhəbbətdən, dəyərlərə hörmətdən yaranır....

İnsanlar tarixə öz gözəl, xeyirxah əməllərilə düşür və gələcək nəsillərə örnək olurlar. Azərbaycanda da qayğıkeş, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavətli, xeyirxah insanlar olub. Ağa Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Nabat Aşurbəyova kimi insanlar bu gün də sevilir, hörmətlə anılırlar.

Gülər İsmayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources