EN

İrəvan üçün SSRİ-dən sonrakı ssenari təkrarlanır: “Paşinyanın zamanı yoxdur”

Türkiyə və Azərbaycandan sonra Ermənistan da BRİKS-ə maraq göstərir.

İrəvana yaxın ölkələrin yavaş-yavaş Qərbdən uzaqlaşdığı, Baş nazir Nikol Paşinyanın bunu nəzərə alaraq “Şərq bloku” kimi dəyərləndirilən BRİKS-ə üzv olmaq istədiyi deyilir.

Cənubi Qafqaz regionunun bütövlükdə Qərbdən tamamilə uzaqlaşaraq Rusiyaya istiqamətlənməsi mümkündürmü?

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi, Mütəllim Rəhimli deyib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan da daxil olmaqla keçmiş müttəfiq respublikalar Qərbə inteqrasiya yolunu tutdular:

“Baltikyanı ölkələrin Avropaya inteqrasiyası dəstəklənsə də, Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarına eyni münasibət göstərilmədi. Demokratiyanın dəstəklənməsi adı altında Qərb bəzi keçmiş müttəfiq respublikaların iqtisadi və intellektual potensialının istismarı ilə məşğul oldu. Belə bir durumda təbii ki, alternativ axtarışlar ortaya çıxmalı idi. BRİKS də bu kimi axtarışların nəticəsidir.

Hər bir ölkə öz iqtisadi və siyasi potensialını daha da artırmaq istəyir. BRİKS-ə qoşulmaq isə Avropa İttifaqından (Aİ) bütövlükdə imtina etmək demək deyil. Milli maraqlar nəyi tələb edirsə, ora doğru da hərəkət etmək lazımdır. Hesab edirəm ki, Azərbaycan da məsələyə bu prizmadan yanaşaraq qərar verib”.

Onun sözlərinə görə, Nikol Paşinyan uzun illər Qərbin yalançı erməni mifi ilə oynadığını yaxşı bilir:

“Məhz Qərb tərəfindən erməni yalanları maliyyələşir, siyasi dəstək görürdü. İndi isə bütün bunlara son verilib. Ermənistana isə iqtisadi inkişaf, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması lazımdır. Əgər BRİKS-ə üzvlük buna müsbət təsir edəcəksə, Paşinyan mütləq buna gedəcək. Onun Qərbin vədlərini gözləməyə zamanı yoxdur. Ermənistan özünü regionda sabitliyi pozan, cığal uşaq kimi aparmaq istəmirsə, hamının etdiyini etməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
turkustan.az

1Sources