EN

ABŞ-da məktəbdə baş verən atışma nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Corciya ştatının Atlanta şəhəri yaxınlığında məktəbdə atışma baş verib.
AZƏRTAC-ın məlumatına görə, səhər saatlarında qeydə alınan atışma zamanı 4 nəfər ölüb, azı 9 nəfər yaralanıb. Yaralılar təcili yardım avtomobilləri və helikopterlərlə xəstəxanalara çatdırılıblar.
Hadisəni törədən şəxs saxlanılıb. Onun 14 yaşlı gənc olduğu deyilir. Hələlik hadisəni törədən şəxsin məktəbdə təhsil alıb-almamasına dair məlumat qeyd olunmayıb. Hadisə qurbanlarının kimlikləri açıqlanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
47
turk.az

10Sources