EN

Çinin baş konsulu Nyu-Yorkdan qovulub

Çinin Nyu-Yorkdakı baş konsulu Huanq Pinq ölkədən çıxarılıb və bu ABŞ Ədliyyə Nazirliyinin Nyu-York ştatının keçmiş rəsmisi Linda Sunu Çin Xalq Respublikasının qeydiyyatsız xarici agenti kimi işləməkdə ittiham etməsindən sonra olub.

APA xəbər verir ki, hadisə ilə bağlı CNN kanalı məlumat yayıb.

Nyu York əyalətinin qubernatoru Keti Hokul məsələ ilə bağlı açıqlamasında "Mən baş konsulun qovulmasını arzuladığımı bildirdim və mənə xəbər verildi ki, baş konsul artıq Nyu Yorkdakı missiyasında deyil" deyib.

Qeyd edək ki. ABŞ hakimiyyəti Nyu-York ştatının keçmiş nümayəndəsi Linda Sun və onun əri Kristofer Hunu, Çin hökumətində qeydiyyatdan keçməmiş xarici agent kimi işləmək ittihamı ilə həbs etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
2
apa.az

9Sources