EN

“Neftçi” Gürcüstan klubuna UDUZDU

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası I mərhələnin oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi Çempionlar yolunun II qrupu çərçivəsində Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan görüşdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb.

Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç Avstriya klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda isə “Vlajniya” (Albaniya) yerli “Lançxuti”ni (Gürcüstan) 3:0 hesabı ilə məğlub edib.

Sentyabrın 7-də “Sankt-Pölten”lə “Vlajniya” finalda, “Neftçi” ilə “Lançxuti” isə üçüncü yer uğrunda matçda üz-üzə gələcəklər.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
3
bizim.media

4Sources