EN

Messi və Ronaldonun 21 ildə ilk dəfə adları bu siyahıya düşmədi

France Football jurnalı 2024-cü ilin ən yaxşı futbolçusu üçün 2024-cü ilin Qızıl top mükafatına 30 namizədin siyahısını dərc edib.

Ucnoqta.az xəbər verir ki, siyahı nəşrin X sosial şəbəkə hesabında yayımlanıb.

Siyahıda 30 futbolçu var və 2003-cü ildən bəri ilk dəfə nə portuqaliyalı Kriştiano Ronaldo, nə də argentinalı Lionel Messi yer almayıb.
Namizədlər arasında "Real Madrid"in hücumçusu Cud Bellinqhem, onun komanda yoldaşı Kilian Mbappe və İtaliyanın "Roma" klubunun ukraynalı hücumçusu Artem Dovbik də var.

Bundan əlavə, mükafata "Real Madrid"in və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos da iddialıdır. Ötən yay o, futbolçu karyerasını başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
ucnoqta.az

1Sources