EN

Gürcüstanla Aİ arasında daha bir gərginlik- Tiflisin ittifaqa üzvlük prosesi dayandırıldı...

Image

Avropa İttifaqı ilə Gürcüstan arasında daha bir qanunla bağlı gərginlik yaranıb.  Aİ-nin ali nümayəndəsi Cozef Borellinin ofisi bəyanat yayaraq Gürcüstanda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketinin ikinci oxunuşunun tələsik qəbulunu pisləyib. 

Qeyd edilir ki, bu paket Gürcüstan əhalisinin fundamental hüquqlarını pozur və əhalinin bir hissəsinin damğalanmasının və ayrı-seçkiliyinin gücləndirilməsi təhlükəsi yaradır: “Aİ Avropaya inteqrasiya yolunda mühüm nəticələri olan qanunvericiliyin müvafiq ictimai məsləhətləşmələr aparılmadan, Avropa və beynəlxalq standartlara uyğunluğu hərtərəfli təhlil edilmədən qəbul edilməsindən narahatlığını bildirir”.

Avropa İttifaqı Gürcüstan hakimiyyətini bu qanunvericilik paketinə tamamilə yenidən baxmağa çağırıb. Bildirilib ki, belə bir layihə “Xarici təsirin şəffaflığı haqqında” Qanunun vətəndaş cəmiyyətinə qarşı tətbiq etdiyi məhdudiyyətlərlə birlikdə Aİ-Gürcüstan münasibətlərini daha da gərginləşdirəcək: “Avropa İttifaqı Gürcüstanın üzvlük prosesinin faktiki olaraq dayandırıldığını xatırladır və hakimiyyəti Avropa İttifaqına inteqrasiya yoluna qayıtmağa çağırır”.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
50
baki-xeber.com

10Sources