EN

"COP29: MƏQSƏD VƏ HƏDƏFLƏR"- BU DA VİDEOMƏLUMATLAR BAZASI

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayonMərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adınaMərkəzi Kitabxanasının Uşaq şöbəsi Bakı şəhərində keçiriləcək COP29-la əlaqədar videoməlumat hazırlayıb...

Videoməlumat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar söylədiyi fikirlər ilə başlayır. Daha sonra videoməlumatda COP29-un hədəf və məqsədləri haqqında məlumat verilir. Bildirilir ki, 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir.  Həmçinin qeyd olunur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycanda mühüm işlər həyata keçirilir: Mavi və Yaşıl zonalar yaradılır.

Videoməlumat Kitabxananın YouTube kanalında nümayiş olunur:

https://www.youtube.com/watch?v=Lzmy5i_-BV0

Y.Məmmədli

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
1
tezadlar.az

2Sources