EN

İsraildə ilk dəfə insanın iştirakı olmadan unikal əməliyyat aparıldı

 
"Robot cərraha maksimal dəqiqliyə nail olmağa, fəsadları azaltmağa və xəstənin sağalmasını sürətləndirməyə imkan verir..."
 
İsrailin Naqariya şəhərindəki Qaliley Tibb Mərkəzində ilk dəfə olaraq mədəaltı vəzin tam çıxarılması üzrə əməliyyat robot tərəfindən icra edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "stmegi.com" nəşri yazıb.
 
Mərkəzin mütəxəssisləri tərəfindən 78 yaşlı pasiyentdə ilkin olaraq mədəaltı vəzin çoxsaylı kistoz şişləri aşkar edilib. Bu tip şişlər onkoloji hesab edilməsə də, müalicə aparılmayacağı təqdirdə bədxassəli şişə çevrilə bilər.
 
Nəticədə robotun iştirakı ilə mədəaltı vəzin tam rezeksiya edilməsi qərara alınıb. Prosedura həmçinin 12-barmaq bağırsağın bütün dörd hissəsinin, dalağın, mədənin bir hissəsinin, qaraciyərdən kənar öd axarlarının və öd kisəsinin kənar edilməsi və sonradan həzm sisteminin rekonstruksiya edilməsi daxil olub.
 
"Robotdan istifadə edilməsi qarın boşluğunun açılmaması şərtilə əməliyyatların aparılmasına imkan verir", - bunu doktor Qriqori Boqoslavskinin dəstəyi ilə əməliyyata rəhbərlik edən Mərkəzin cərrahiyə şöbəsinin müdiri, doktor Eli Kakiaşvili deyib.
 
"Robot cərrahın imkanlarını genişləndirir, ona maksimal dəqiqliyə nail olmağa, bu zaman fəsadların sayını azaltmağa və xəstənin sağalmasını sürətləndirməyə imkan verir", - o, vurğulayıb.
 
Əməliyyat təxminən yeddi saat davam edib və çox da uğurla keçib. Cərrahiyə şöbəsində bir neçə gün qaldıqdan sonra pasiyent yaxşı vəziyyətdə evə yazılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
16
moderator.az

10Sources