EN

Pedofiliyaya görə məhkum olunmuş şəxslərə QADAĞALAR TƏTBİQ OLUNACAQ

Gürcüstanda pedofiliya və digər seksual xarakterli cinayətlərə görə məhkum olunmuş vətəndaşlar haqqında məlumatların yer aldığı rəqəmsal reyestr yaradılacaq. 

 

Sfera.az xəbər verir ki, bu barədə Respublikanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. 

 

“Xüsusi İstintaq Xidməti pedofiliya və cinsi zorakılığa görə məhkum edilmiş şəxslərin qeydiyyata alınacağı, hüquqlarının məhdudlaşdırılacağı və onlara nəzarətin həyata keçiriləcəyi elektron reyestr yaradacaq”, - idarənin açıqlamasında bildirilib.

 

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri məhkumların siyahısını yaratmaqla intim fotoşəkillərlə pedofiliya və şantaj hallarını azaltmaq istəyir. Siyahıya daxil olan şəxslərə qarşı müxtəlif qadağalar tətbiq olunacaq.Bunlara yeniyetmələrlə yaşamaq, məktəblərə 30 metrdən az yaxınlaşmaq, sərnişin daşımaq və s. daxildir.

 

Bundan əlavə, məhkumlar vaxtaşırı müstəntiqə hesabat verməli və özləri haqqında aktual məlumatlar təqdim etməlidirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarlara yaşadıqları yerdə də baş çəkəcəklər. 

 

İnci 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
sfera.az

1Sources