EN

“Netanyahunun Misirə qarşı iddiaları qəbuledilməzdir”- Türkiyə XİN

 

“İsrailin baş naziri Benyamin Netanyahunun Filadelfiya dəhlizində ölkənin hərbi varlığını saxlamaq üçün Misir Ərəb Respublikasına qarşı son iddiaları qəbuledilməzdir”.Missiya.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.Bəyanatda vurğulanıb ki, Netanyahu Qəzzada törətdiyi cinayətləri ört-basdır etmək və atəşkəs danışıqlarının nəticəyə gəlməməsi üçün ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyan yalanlarını davam etdirir.“Biz Misir Ərəb Respublikasının Qəzzada müharibəyə son qoymaq və milyonlarla fələstinli qardaş və bacılarımıza kömək əlini uzatmaq üçün vasitəçilik səylərini dəstəkləyirik”, - deyə məlumatda qeyd olunub.Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
missiya.az

1Sources