EN

Səhiyyə Nazirliyinin rəsmisi: Transplantasiya üçün ən çox böyrəklə bağlı müraciət edilir

Səhiyyə

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycanda digər ölkələrdə olduğu kimi, transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

Y.Abbasova qeyd edib ki, bu, əsasən böyrək çatışmazlığından əziyyət çəkən insanların sayının yüksək olması ilə əlaqədardır:

“Böyrək çatışmazlığı qanda yığılmış zəhərli maddələrin və mayelərin lazımi şəkildə xaric olunmaması nəticəsində yaranır. Bu da orqanizmin ciddi zədələnməsinə, hətta ölümə də səbəb ola bilər. Bu xəstələrin həyat keyfiyyətini artırmaq üçün böyrək transplantasiyası yeganə effektiv müalicə üsuludur”.

İdarə Heyətinin sədri vurğulayıb ki, hazırda Azərbaycanda 4 minə yaxın insan dializ alır:

“Bu insanların həyat keyfiyyətini artırmaq üçün böyrək transplantasiyasına ehtiyac var, çünki böyrək transplantasiyası onların həyatını xilas edə bilər. Buna görə də, böyrək donoru tapmaq böyük əhəmiyyət kəsb edir”, - deyə mərkəz rəsmisi diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
2
azertag.az

3Sources