EN

Kulebanın istefası qəbul olunmadı

Ukrayna Ali Radası ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefası ilə bağlı məsələyə baxılmasını təxirə salıb. 

Missiya.Az xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak özünün ”Telegram” kanalında məlumat verib.

“Kulebanın xarici işlər naziri vəzifəsini tərk etməsi təcili olaraq təxirə salındı”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin rəhbərinin tutduğu vəzifədən kənarlaşdırılması məsələsinə baxılarkən parlamentin iclasında fasilə elan olunub. 

Jeleznyak bildirib ki, səsvermənin baş tutmayacağını anlayan deputatların çoxu buna qarşı çıxıblar.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
missiya.az

1Sources