“Yabloko” partiyasının sədr müavini, partiyanın Moskva şöbəsinin sədri Sergey İvanenko 65 yaşında vəfat edib.
Doğru.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti Telegram-da məlumat yayıb.
“Yabloko Partiyasının sədr müavini, partiyanın Moskva şöbəsinin sədri Sergey Viktoroviç İvanenko vəfat edib. Onun 65 yaşı var idi”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl məlum olmuşdu ki, rusiyalı siyasətçi və ictimai xadim Aslambek Aslaxanov 83 yaşında vəfat edib.
2003-2008-ci illərdə Aslaxanov Rusiya prezidentinin Şimali Qafqaz regionu məsələləri üzrə müşaviri olub.
DOĞRU.AZ