EN

"Neftçi"nin sabiq futbolçusu "Ferentsvaroş"da

"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanya "Ferentsvaroş"a keçib.

Sportnet.az xəbər verir ki, braziliyalı forvard Macarıstan klubu ilə anlaşıb.

25 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb. "Ferentsvaroş" Mateus üçün 3 milyon avro ödəyib.

Qeyd edək ki, Saldanya 2023-cü ilin yanvarından iyuluna kimi "Neftçi"nin formasını geyinib. 

Hazırda "Ferentsvaroş"da "Qarabağ"ın sabiq oyunçuları Kvabena Ovusu və Kadi Borges də çıxış edirlər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
3
sportnet.az

4Sources