EN

Ermənistan da BRICS sammitinə qoşulacaq

Ermənistan Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək. Bu barədə ölkə mətbuatı yazıb. 
 
Bir gün əvvəl Rusiya hakimiyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Kazanda keçiriləcək BRİKS sammitində iştiraka dəvət etdiyini açıqlayıb. 
 
BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.

 
Gülnar



www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
141
49
anews.az

10Sources