EN

Paris-2024: Raman Saley finalda

Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti növdə qüvvəsini sınayıb.

Msport.az xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında uğurlu nəticə əldə edib.

Finişə 54,21 saniyəyə çatan idmançı final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında Paris Paralimpiadasının gümüş medalını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
5
msport.az

9Sources