EN

Ronaldo DÇ-2026-da oynayacaq?

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı danışıb.

Publika.az xəbər verir ki, 39 yaşlı superulduz bu barədə hələ dəqiq qərar vermədiyini bildirib:

“Özümü yaxşı hiss edirəm. Amma 2026-cı illə bağlı suala cavab verə bilmərəm. Mən anı yaşayıram. Bu, hazırda çox müsbətdir. Çalışacağıq ki, Millətlər Liqasında uğur qazanaq. DÇ-2026-ya gəlincə, hələ çox uzun bir yol var”.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin sentyabrda Millətlər Liqasında keçiriləcək oyunlarına çağırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
125
18
publika.az

10Sources